Tramp Zelenski ilə Rusiyaya qarşı sanksiyaları müzakirə etdi

Tramp Zelenski ilə Rusiyaya qarşı sanksiyaları müzakirə etdi

Hazırda oxunan: Tramp Zelenski ilə Rusiyaya qarşı sanksiyaları müzakirə etdi
263550
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı “Telegram” hesabında yazıb.

O, söhbət zamanı Ağ Ev rəhbərinə sülh istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.

Volodimir Zelenski insan ölümlərinin mümkün qədər tez dayandırılmalı olduğunu açıqlayıb:

“Həqiqətən də qətllərin qarşısını tez bir zamanda almaq lazımdır. Biz bunu dəstəkləyirik. Müharibə aylardır davam edir. Bu müddət savaş olmadan da keçə bilərdi”.
 

Ukrayna Prezidenti amerikalı həmkarı ilə ölkələr arasındakı mövqelərin koordinasiyasını həyata keçirdiyini, eləcə də Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsini müzakirə etdiyini açıqlayıb.


Tramp Rusiyanın Kiyevə zərbələri barədə də məlumatlandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO