Mini ətək geyindiyinə görə işdən qovuldu - FOTO

Mini ətək geyindiyinə görə işdən qovuldu - FOTO

Hazırda oxunan: Mini ətək geyindiyinə görə işdən qovuldu - FOTO
261940
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bloqer işə başladığı gün geyiminə görə işdən çıxarılıb.

Bizim.Media xəbər verir ki, İngiltərədən olan bloqer Karishma yeni işə başladığı günün səhəri geyiminə görə işdən çıxarılıb.

Karishma bu barədə məlumatı 303 min izləyicisi olan Instagram hesabında paylaşıb.
 

Bloqerin sözlərinə görə o, iş yerində cəmi bir saat qalıb. Daha sonra insan resursları üzrə əməkdaş onu otağına çağıraraq, əməkdaşlığın mümkün olmadığını bildirib.


Karishma bunun səbəbinin geyimi olduğunu düşünür. Paylaşdığı videoda onun əynində qısa, toxunma sviter və yüksək yarıqlı mini ətək olub.
 

Bloqerin paylaşdığı video qısa müddətdə viral olub - 5,2 milyon baxış və 32 min bəyənmə toplayıb. Şərhlərdə çoxları HR əməkdaşının qərarını dəstəkləyib:


"Bu dəfə HR-ın tərəfindəyəm", "Uyğunsuz geyim", "Frilanser olsan da, ofisə gələn hər kəs üçün geyim qaydası keçərlidir", "Onların hüququdur - işə kostyumla gəlməyini tələb edə bilərlər", - kimi fikirlər yazılıb.

Mini ətək geyindiyinə görə işdən qovuldu - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO