Suriyadakı vəziyyətə dözə bilmərik, 3-4 saat ərzində... - Fidan

Suriyadakı vəziyyətə dözə bilmərik, 3-4 saat ərzində... - Fidan

Hazırda oxunan: Suriyadakı vəziyyətə dözə bilmərik, 3-4 saat ərzində... - Fidan
260332
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin xarici işlər naziri Hakan Fidan, İsrailin Şamı hədəf alan hücumlarından sonra Suriyanın xarici işlər naziri Həsən Şeybani ilə telefon danışığı aparıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir Fidan bildirib:

"Suriyada qeyri-sabitliyə səbəb olacaq siyasətlərə dözümlü ola bilmərik. Qarşıdakı 3-4 saat ərzində sakitlik və atəşkəs mərhələsinə keçəcəyik."
 

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, nazir Fidan telefon danışığı zamanı Suriyanın cənubunu və Şamı hədəf alan İsrail hücumlarının narahatedici olduğunu bildirib.


Fidan, bölgədə təhlükəsizliyə və Suriyada sabitliyin bərqərar olunmasına yönəlmiş səyləri təhdid edən müdaxilələrin dərhal dayandırılmasının vacibliyini vurğulayıb. O, Suriyada sülhün təmin olunması üçün bütün tərəflərin səy göstərməsinin əhəmiyyətini qeyd edib. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO