Avropanın ən gözəl şəhərlərindən biri kimsəsiz qalıb - FOTOlar

Avropanın ən gözəl şəhərlərindən biri kimsəsiz qalıb - FOTOlar

Hazırda oxunan: Avropanın ən gözəl şəhərlərindən biri kimsəsiz qalıb - FOTOlar
253916
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyanın Bazilikata bölgəsində yerləşən orta əsr şəhəri Krako silsilə təbii fəlakətlərdən sonra tərk edilib. Hazırda şəhər tərk edilmiş gözəlliyin simvoluna və turistlər üçün cəlbedici məkana çevrilib.

Bizim.Media xəbər verir ki, şəhər barəsində "The Mirror" yazıb.

Məlumata görə, İtaliyanın cənubunda yerləşən Krako - Avropanın ən heyranedici "kabus şəhərlər"indən biridir.

Qayalıq üzərində yerləşən, Aqri və Salandrela-Kavone çayları ilə əhatələnən məkan bu tərk edilmiş şəhərə filmlərə bənzər görünüş verir.

Krako XIII əsrdən XX əsrə qədər uzanan zəngin tarixi ilə çiçəklənən yaşayış məntəqəsi idi.

Ancaq XIX əsrin sonundan etibarən şəhər bir sıra təbii fəlakətlərlə üzləşib. 1963-cü ildə torpaq sürüşməsi, 1972-ci ildə daşqın və 1980-ci ildə isə dağıdıcı zəlzələlərdən sonra əhali şəhəri tamamilə tərk etməli olub.

O vaxtdan bəri Krako boş qalıb, lakin hələ də şanlı tarixinin izlərini qoruyur. (Oxu.Az)

Avropanın ən gözəl şəhərlərindən biri kimsəsiz qalıb - FOTOlar - foto 1
Avropanın ən gözəl şəhərlərindən biri kimsəsiz qalıb - FOTOlar - foto 2
Avropanın ən gözəl şəhərlərindən biri kimsəsiz qalıb - FOTOlar - foto 3
Avropanın ən gözəl şəhərlərindən biri kimsəsiz qalıb - FOTOlar - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO