Avropanın ən böyük bazarı yanır – FOTO/VİDEO

Avropanın ən böyük bazarı yanır – FOTO/VİDEO

Hazırda oxunan: Avropanın ən böyük bazarı yanır – FOTO/VİDEO
247863
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın pilotsuz təyyarəsinin endirdiyi zərbədən sonra Xarkov şəhərinin Kiyevski rayonunda bazar yanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat yayıb.

“Şəhərin ən böyük bazarlarından birində baş verən yanğın düşmənin pilotsuz uçan aparatının son zərbəsindən sonra qeydə alınıb”, - deyə o yazıb.

Rusiya PUA-sının Barabaşovo bazarına düşdüyü məlum olub. Bu bazar Ukrayna və Avropanın ən böyük bazarlarından biridir.

Yanğın ticarət sahələrini bürüyüb, göyə qalxan tüstü Xarkovun müxtəlif ərazilərində görünüb.

Dövlət Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, yanğın 500 kvadratmetr ərazini əhatə edib. Nəticədə, 90-a yaxın ticarət obyektinə ziyan dəyib, 20-si yanıb.

“AVEK və CO” Konserninin vitse-prezidenti Aleksandr Makarenko Kanal 24-ə açıqlamasında bildirib ki, düşmənin zərbəsi nəticəsində Barabaşovo ticarət mərkəzinin sektorlarından birinə ciddi ziyan dəyib.
 

"90-a yaxın pərakəndə pavilyon tamamilə dağıdılıb, daha yüzə yaxın pavilyon isə zədələnib. Hazırda ərazidə işlər davam etdirilir - onlar dəymiş ziyanı qiymətləndirir, dağıntıları təmizləyir, təhlükəsizlik tədbirləri görürlər. Zərər çəkmiş bütün sahibkarlar yeni ticarət obyektlərinə köçürüləcək", - məlumatda deyilir.


Qeyd edək ki, Ukraynanın bu sənaye və geyim bazarı 75 hektardan çox əraziyə malikdir və dünyanın ən böyük bazarlarının reytinqində 14-cü yerdədir. Bazardakı pərakəndə satış və saxlama yerlərinin ümumi sayı təxminən 18 000-dir.


Avropanın ən böyük bazarı yanır – FOTO/VİDEO - foto 1
Avropanın ən böyük bazarı yanır – FOTO/VİDEO - foto 2
Avropanın ən böyük bazarı yanır – FOTO/VİDEO - foto 3
Avropanın ən böyük bazarı yanır – FOTO/VİDEO - foto 4
Avropanın ən böyük bazarı yanır – FOTO/VİDEO - foto 5
Avropanın ən böyük bazarı yanır – FOTO/VİDEO - foto 6
Avropanın ən böyük bazarı yanır – FOTO/VİDEO - foto 7
Avropanın ən böyük bazarı yanır – FOTO/VİDEO - foto 8
Avropanın ən böyük bazarı yanır – FOTO/VİDEO - foto 9
Avropanın ən böyük bazarı yanır – FOTO/VİDEO - foto 10
Avropanın ən böyük bazarı yanır – FOTO/VİDEO - foto 11
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO