Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Türkiyənin ABŞ-dakı səfiri ilə görüşüb. Bolton keşiş Endryu Branson azad olunmayana qədər Vaşinqtonla Ankara arasında gərginliyin qalacağını deyib.
“Branson Türkiyə ərazisində həbsdə qaldığı müddətdə bizim müzakirə aparmağa mövzumuz olmayacaq”-deyə Bolton səfir Sərdar Kılıça deyib. Görüşün keçirilməsi üçün Türkiyə tərəfinin müraciət etdiyi xəbər verilir.
xa0
Boltonla Kılıç arasında danışıqların nəticəsiz başa çatdığı bildirilir.xa0 (Modern.az)





































































































