Putinin Trampa hədiyyə etdiyi topun içində

Putinin Trampa hədiyyə etdiyi topun içində "juçok" olub?

Hazırda oxunan: Putinin Trampa hədiyyə etdiyi topun içində "juçok" olub?

234315

İyulun 16-da Helsinkidə keçirilən görüşdə Rusiya prezidenti Valdimir Putin tərəfindən ABŞ prezidenti Donald Trampa hədiyyə edilən top kommunikasiya funksiyalı xüsusi çiplə təchiz olunub.

İstehsalçı firma - “Adidas” öz saytında bu barədə izahat verib.

xa0

Firma bildirib ki, 2018-ci il dünya çempionatının bütün topları NFC (Near Field Communication) texnologiyasına sahibdir. Toplara çox kiçik çip yerləşdirilib ki, bu, smartfona yüklənmiş xüsusi proqram əlavəsinin köməyi ilə xüsusi kodu yığmağa imkan verir. Bundan sonra istifadəçi futbolçuların videolarına, azarkeş müsabiqələrinə və digər bu tipli kontentə çıxış əldə edir. Çip özü passivdir, hər hansı informasiya ötürmür və məhdud fəaliyyət radiusuna malikdir. Proqramdan yararlanmaq üçün cihazı topa yaxınlaşdırmaq lazımdır. Çip bank kartlarında quraşdırılmış və ödəmələrdə istifadə olunan çipi xatırladır.

xa0

“Adidas” xəbərdarlıq edir ki, bu çipi dəyişdirmək və ya ona yazılmış informasiyaları silmək, köçürmək mümkün deyil.

xa0

Xatırladaq ki, Helsinkidə keçirilən mətbuat konfransında V. Putin D. Trampa 2018-ci il dünya çempionatının topunu hədiyyə edərək “top indi onun sahəsindədir”, - deyib. D. Tramp isə topu həyat yoldaşı Melanya Trampa verərək hədiyyənin kiçik oğlu Berrona çatacağını söyləyib. Görüşdən sonra respublikaçı senator Lindsi Qrem (Lindsey Graham) topun yoxlanılmasını istəyib. “Mən bu futbol topunda dinləyici qurğunun olub-olmadığını yoxlayardım və onu Ağ Evə buraxmazdım”, - deyə senator “Twitter”də yazıb. “Bloomberg”in jurnalistləri isə senatorun haqlı ola biləcəyini, çünki topun üzərində onun içində rabitə qurğusu yerləşdirildiyi barədə xəbərdarlığın işarə edildiyi loqotip olduğunu bildiriblər. Ağ Evin mətbuat katibi Sara Sanders prezidentə verilən bütün hədiyyələr kimi, topun da standart təhlükəsizlik yoxlamasından keçdiyini açıqlayıb.(lent.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO