Rəşad Ağayevə yüksək vəzifə verildi - FOTO

Rəşad Ağayevə yüksək vəzifə verildi - FOTO

Hazırda oxunan: Rəşad Ağayevə yüksək vəzifə verildi - FOTO

624000

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətində daha bir yeni təyinat olub.

Bizim.Media xəbər verir ki, bu barədə ADY sədri Rövşən Rüstəmov əmr imzalayıb.

Sədrin əmri ilə Rəşad Ağayev qurumun Hərəkət vasitələrinin təmiri departamentinin baş iqtisadçısı vəzifəsindən azad edilərək İnnovativ həllər şöbəsinin müdir müavini təyin olunub.

R.Ağayev 2017-ci ildən ADY-də müxtəlif vəzifələrdə çalışır.

Xatırladaq ki, bir neçə gün öncə ADY-də daha bir təyinat olub. QSC sədri Rövşən Rüstəmovun əmri ilə Ülvi Ağayev ADY-nin Müqavilə şöbəsinin böyük mütəxəssisi vəzifəsindən azad edilərək qurumun Sifariş mərkəzi şöbəsinin müdiri təyin edilib. (Oxu.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO