Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində ABŞ Prezidenti Donald Trampın Türkiyəyə F-35 döyüş təyyarələrinin satışı ilə bağlı verdiyi müsbət mesajlar Yunanıstan rəhbərliyinin də diqqət mərkəzindədir.
Bizim.Media xəbər verir ki, zirvənin ikinci günü jurnalistlərin F-35-lərlə bağlı suallarını cavablandıran Yunanıstanın Baş naziri Kiryakos Miçotakis mövzuya qısa münasibət bildirib:
Yunanıstanın Baş naziri Tramp və Ərdoğanın F-35 ilə bağlı açıqlamalarına şərh verməyəcəyini bəyan edib.
Miçotakis çıxışında yalnız bunları qeyd edib: "Söyləyə biləcəyim tək şey; bir ittifaq təməl prinsiplərə dayanmalı və bu prinsip yaxşı qonşuluq münasibətlərinə əsaslanmalıdır".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən ikitərəfli görüşdə F-35 məsələsini müzakirə edəcəklərini bildirmiş, Prezident Rəcəb Tayyib Ərdoğan isə 5 təyyarə üçün söz aldıqlarını açıqlamışdı.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:31 / 08.07.2026
Tramp F-35-lə bağlı Ərdoğanla razılığa gəlib? - Yunanıstanın Baş nazirindən REAKSİYA - VİDEO
Hazırda oxunan: Tramp F-35-lə bağlı Ərdoğanla razılığa gəlib? - Yunanıstanın Baş nazirindən REAKSİYA - VİDEO
Hazırda oxunan: Tramp F-35-lə bağlı Ərdoğanla razılığa gəlib? - Yunanıstanın Baş nazirindən REAKSİYA - VİDEO
623988
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































