Tramp İranla "atəşkəs bitdi" dedi, neft bir anda bahalaşdı – FOTO/VİDEO

Tramp İranla "atəşkəs bitdi" dedi, neft bir anda bahalaşdı – FOTO/VİDEO

Hazırda oxunan: Tramp İranla "atəşkəs bitdi" dedi, neft bir anda bahalaşdı – FOTO/VİDEO

624015

ABŞ Prezidenti Donald Trampın İranla bağlı verdiyi son bəyanat qlobal neft bazarlarında kəskin qiymət artımına səbəb olub.

Bizim.Media xəbər verir ki, Trampın İranla müvəqqəti atəşkəs sazişinin başa çatdığını elan etməsindən dərhal sonra "Brent" markalı neftin qiyməti bir neçə dəqiqə ərzində 76 dollardan 78 dollara qədər yüksəlib.
 

Ekspertlər bildirirlər ki, ABŞ ordusunun İrandakı hədəflərə endirdiyi yeni hava zərbələri və rəsmi Vaşinqtonun Tehranın neft satışına qoyduğu sanksiyaları yenidən aktivləşdirməsi enerji daşıyıcılarının tədarükündə fasilələr yaranacağı qorxusunu artırıb.


Strategiya baxımından mühüm əhəmiyyət kəsb edən Hörmüz boğazında gərginliyin yenidən pik həddə çatması fonunda birjaya daxil olan risklər qiymətlərin yuxarı doğru hərəkətini sürətləndirib.

Hazırda bazarda dalğalanma davam edir və investorların diqqəti Ankarada keçirilən NATO sammiti çərçivəsində veriləcək növbəti açıqlamalara yönəlib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO