Bərbərxanada iki nəfər girov götürüldü: Cinayətkar saxlanıldı – VİDEO

Bərbərxanada iki nəfər girov götürüldü: Cinayətkar saxlanıldı – VİDEO

Hazırda oxunan: Bərbərxanada iki nəfər girov götürüldü: Cinayətkar saxlanıldı – VİDEO

624013

Bu gün günorta saatlarında Odessa şəhərində xoşagəlməz hadisə yaşanıb. Naməlum şəxs şəhərin Xadzibey rayonundakı bərbərxanalardan birinə daxil olaraq orada olan iki nəfəri – işçi və müştərini girov götürüb.

Bizim.Media xəbər verir ki, hadisə barədə məlumat daxil olan kimi əraziyə polis qüvvələri və xüsusi təyinatlılar cəlb edilib.

Milli Polisin sözçüsü Yuliya Girdvilisin verdiyi məlumata görə, bərbərxanaya daxil olan şəxs qapını içəridən bağlayıb, lakin heç bir tələb irəli sürməyib.

Polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində bərbərxananın qapısı açılıb və cinayətkar zərərsizləşdirilərək saxlanılıb. İlkin məlumata görə, girov saxlanılan şəxslərə heç bir xəsarət yetirilməyib.

Hazırda hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır, saxlanılan şəxsə isə tibbi yardım göstərilməsi üçün həkimlər dəvət olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO