DİQQƏT! Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

DİQQƏT! Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

Hazırda oxunan: DİQQƏT! Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI
623997
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 30-da mərkəzləşdirilmiş qaydada təşkil olunan lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb və iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, lisey və gimnaziyalar üzrə seçim prosesi 8 iyul saat 11:00-da başlayıb 14 iyul saat 12:00-dək davam edəcək.
 

Lisey və gimnaziya seçimləri şəxsi kabinetlərdə yerləşən “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirilir. Bu mərhələdə namizədlər maksimum 3 lisey seçə bilərlər. Seçimdə 3 lisey qeyd etmək məcburi deyil. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə edilir.


Şagird seçdiyi lisey və ya gimnaziyaya qəbul olunduğu təqdirdə şagirdlərin elektron yerdəyişmə sistemi aktivləşdiriləcək və onun üçün avtomatik yerdəyişmə sorğusu yaradılacaq. Qəbul olunan şagirdlərin sənəd qəbulu prosesinin avqust ayının ilk yarısında həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, qəbul imtahanı ölkə üzrə 41 müxtəlif imtahan mərkəzində təşkil olunub və prosesdə 7 minə yaxın şagird iştirak edib. İmtahan prosesi bütün mərkəzlərdə uğurla həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO