İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Hazırda oxunan: İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

623936

İraq hakimiyyəti İranın həlak olmuş Ali lideri Ayətullah Seyid Əli Xamenei ilə üçmərhələli vida mərasiminin hazırlıqlarını başa çatdırıb.

Bizim.Media xəbər verir ki, "Tehran Times" qəzetinin verdiyi məlumata görə, İraq rəsmiləri fevralın 28-də ABŞ və İsrailin birgə zərbəsi nəticəsində həlak olan Ayətullah Xameneinin şərəfinə təşkil edilən matəm tədbirlərinin son illərdə İraqda ən böyük kütləvi insan axınlarından birinə səhnə olacağını gözləyirlər.

Kərbəla qubernatoru və vilayətin Ali Təhlükəsizlik Komitəsinin sədri Nəsib Casim əl-Xəttabi bu mərasimi mühüm hadisə adlandıraraq bildirib:

"Bu tədbir, şübhəsiz ki, çox əhəmiyyətli olacaq, ciddi miqyasa və nəticələrə malik olacaq".

O qeyd edib ki, İraqın müxtəlif bölgələrindən bir çox insanın mərasimdə iştirak etmək üçün müqəddəs şəhərə gəlməyə çalışması səbəbindən Kərbəla müstəsna dərəcədə böyük sayda matəm iştirakçısını qəbul edəcək.
 

"Vida mərasimi üç mərhələdə keçiriləcək: çərşənbə axşamı axşam rəsmi dövlət mərasimi, daha sonra çərşənbə günü səhər Nəcəfdə növbəti matəm yürüşü və yerli vaxtla saat 16:00-da Kərbəlada vida mərasimi", — deyə əl-Xəttabi məlumat verib.


Qubernator həmçinin bəyan edib ki, "həlak olmuş liderə" həsr olunmuş irimiqyaslı mərasimin keçirilməsini təmin etmək, eləcə də yerli sakinlərin qonaqları qəbul etməsinə, yardım göstərməsinə və tədbirlərdə iştirakına şərait yaratmaq üçün çərşənbə günü Kərbəlada rəsmi şəkildə qeyri-iş günü elan olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO