Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu ərazilərdə 20 faiz bahalaşma olacaq

Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu ərazilərdə 20 faiz bahalaşma olacaq

Hazırda oxunan: Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu ərazilərdə 20 faiz bahalaşma olacaq

623819

Abşeron yarımadasında, xüsusilə də Bakı şəhəri ərazisində mənzil fondu üçün nəzərdə tutulan torpaqlar sürətlə azalır.

Məlumdur ki, yeni inşa edilən evlərin maya dəyərində torpağın qiymətinin xüsusi çəkisi var. Ona görə də mənzil tikintisi üçün nəzərdə tutulan torpaq sahələrinin azalması yeni tikililərin bahalaşmasına səbəb olacaq.

Mövzuyla bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc da boş torpaq sahələrinin sürətlə azalmasına diqqət çəkib:

“Bu yeni tikilən mənzillərin qiymətlərinin bahalaşmasına öz təsirini göstərir. Amma bahalaşma təkcə torpaq sahələrinin azalmasıyla bağlı deyil. Bahalaşma ilk növbədə daşınmaz əmlakın cazibədarlıq baxımından prioritet olmasıyla bağlıdır. Bundan əlavə, tikinti materiallarının bahalaşması, işçilərə verilən əmək haqlarının artması da səbəblər arasındadır.

Digər bir səbəblər sırasında urbanizasiya və inflyasiya da var. Lakin əsas səbəb torpaq qıtlığıdır. Qeyd edim ki, Bakı-2040 Baş Planı layihəsi həyata keçirilərkən istismar müddəti başa çatmış bir çox binalar söküləcək. Mənzil fondu üçün yeni torpaq sahələri yaranacaq. Nəticədə, tikinti yenə öz sürəti ilə davam edəcək”.

Yeni normativlər də bahalaşmaya səbəb olur?

Müsahibimiz qeyd edib ki, Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən yeni normativlərin irəli sürülməsi mənzil bazarında bahalaşmaya zəmin yaradır:

“Çünki yeni normativlərə görə MTK-lardan enerji pasportu tələb olunacaq, yeni binalarda kombi sisteminə icazə verilməyəcək. Bütün bunlara görə 2026-2027-ci illərdə inşa olunacaq mənzillərin maya dəyəri əvvəlki illərlə müqayisədə kifayət qədər bahalaşacaq.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin proqnozlarına görə, bu il köhnə mənzil bazarında 6-7, yeni mənzil bazarında 10-12, torpaq bazarında isə 15-20 faiz bahalaşma olacaq. Nərimanov rayonunda, Ziya Bünyadov prospektində, yeni metroların inşa ediləcəyi ərazilərdə, Ağ şəhərdə, Bayılda bahalaşma daha yüksək olacaq”.

Surxay Atakişiyev, Bizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO