Sərkisyanın istefadan qabaq Moskva ilə intensiv danışıqları üzə çıxdı

Sərkisyanın istefadan qabaq Moskva ilə intensiv danışıqları üzə çıxdı

Hazırda oxunan: Sərkisyanın istefadan qabaq Moskva ilə intensiv danışıqları üzə çıxdı

224706

Ermənistanın eks-prezidenti və baş naziri Serj Sərkisyan istefa barədə qərar verməzdən əvvəl Moskva ilə intensiv təmaslarda olub, bir sıra yüksək vəzifəli şəxslərlə danışıqlar aparıb.

xa0Bu barədə “Reuters”in araşdırmasında deyilir.

xa0

“Serj Sərkisyan istefasına qədər son 24 saat ərzində Moskvadan rəsmi şəxslərlə telefon söhbətləri aparıb. Bu söhbətlərin təfərrüatları məlum deyil”-diplomatik mənbələr bildirib.

xa0

Bununla belə qeyd olunub ki, həmin təmaslar zamanı Moskva Sərkisyanın nümayişçilərə qarşı gücdən istifadə planlarını dəstəkləməyib.

xa0

Həmin ərəfədə Nikol Paşinyan da Moskvadan zənglər alıb.xa0“Ona çatdırıblar ki, etirazlar zamanı erməni simvolikalarından başqa hər hansı simvolikalar istifadə edilməsin. Bu, Ermənistandakı etirazların Gürcüstan və Ukraynadakı etirazlardan fərqli olduğunu göstərmək üçün lazım idi”-agentlik yazır.

xa0

Məqalədə deyilir ki, Kremldən zənglər inqilabın nəticəsi baxımından həlledici olmayıb, bu zənglər ancaq nümayişçilərin təzyiqlərinə görə edilib.

xa0

Paşinyana yaxın biznesmen və etirazların liderlərindən biri Armen Qriqoryan deyiblər ki, nümayişlər zamanı Nikol Paşinyan özü də Rusiya səfirliyi ilə və Moskvadan XİN-in rəsmi nümayəndəsi ilə təmas qurub.xa0“Biz onlarla işləyirdik. Paşinyan onları əmin etdi ki, baş verənlər Rusiyanın maraqlarına təhlükə yaratmayacaq”-Qriqoryan deyib.

xa0

İstefadan əvvəl Serj Sərkisyan vəzifəli şəxslərlə və yaxın tərəfdaşları ilə intensiv müzakirələr də aparıb. Vitse-spiker Eduard Şarmazanov deyib ki, iki variant müzakirə olunurdu-fövqəladə vəziyyət tətbiq etmək və Sərkisyanın istefası.xa0“Qərara alındı ki, fövqəladə vəziyyət problemi həll etməyəcək, təxirə salacaq. Ona görə də istefa variantı seçildi”-o deyib.(Virtualaz.org )

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO