Astarada əməliyyat keçirildi – HƏBS EDİLƏNLƏR VAR - FOTO

Astarada əməliyyat keçirildi – HƏBS EDİLƏNLƏR VAR - FOTO

Hazırda oxunan: Astarada əməliyyat keçirildi – HƏBS EDİLƏNLƏR VAR - FOTO

629636

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 45 yaşlı Vüqar Quliyev saxlanılıb.

Onun idarə etdiyi avtomobildən ümumilikdə 18 kiloqram marixuana və tiryək aşkarlanıb.
 

Araşdırmalarla V.Quliyevin narkotikləri tanışı 46 yaşlı Turab Ağayev vasitəsilə əldə etdiyi müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq T.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.


Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO