İranda təyyarə qəzası nəticəsində ölənlərdən 45 nəfərin cəsədi aşkarlanıb. APA-nın xəbərinəxa0 görə, bu barədə “Press TV” məlumat yayıb.xa0 xa0 xa0
Məlumata görə, axtarış işləri 4 500 metr hündürlükdə, mürəkkəb meteoroloji şəraitdə aparılır. Hadisə yerinə 100-dən çox xilasedicilərin çalışdığı, əməliyyata 7 helikopterin cəlb edildiyi bildirilir.xa0 xa0
Qeyd edək ki, İranın “Aseman Airlines” aviaşirkətinə məxsus, Tehran-Yasuc marşrutu üzrə uçanxa0 xa0“ATR-72” tipli sərnişin təyyarəsi fevralın 18-də İsfahan əyalətində qəzaya uğrayıb. Qəza nəticəsində 66 nəfər ölüb.xa0xa0





































































































