İlon Maskdan proqnoz: Tramp seçkidə uduzarsa nə olacaq? - FOTO

İlon Maskdan proqnoz: Tramp seçkidə uduzarsa nə olacaq? - FOTO

Hazırda oxunan: İlon Maskdan proqnoz: Tramp seçkidə uduzarsa nə olacaq? - FOTO
213743
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrda ABŞ-də keçiriləcək prezident seçkisi Respublikaçı namizəd Donald Trampın uduzacağı təqdirdə ABŞ üçün sonuncu seçki ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask özünün "X" hesabında yazıb.

"Çox az amerikalı başa düşür ki, Tramp seçilməsə, bu, sonuncu seçki olacaq. O, heç də demokratiya üçün təhlükə deyil, onu xilas edə biləcək yeganə şəxsdir", - Mask yazıb.

Mask Demokratların namizədi Kamala Harris prezident seçkisində qalib gələrsə, qeyri-qanuni mühacirlərin gəlməyə davam edəcəyinə, onların tədricən vətəndaşlıq alacaqlarına və növbəti seçkidə səsvermə hüququ qazanacaqlarına inandığını bildirib.
 

Beləliklə, sahibkar hesab edir ki, miqrantların səsini qazanaraq Demokratlar Partiyası dörd ildən sonra rəqabətsiz qalacaq və ABŞ-də yeganə seçki demokratların praymerisi olacaq.


Xatırladaq ki, miqrasiya böhranı ABŞ-də hazırkı seçki kampaniyasının əsas mövzularından birinə çevrilib. Növbəti prezident seçkisi noyabrın 5-də keçiriləcək. Respublikaçılar qeyri-qanuni immiqrasiya ilə bağlı problemlərin kəskin artmasında demokratları günahlandırırlar.

İlon Maskdan proqnoz: Tramp seçkidə uduzarsa nə olacaq? - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO