Generalların Afrin toplantısında diqqət çəkən yazı
  – Foto

Generalların Afrin toplantısında diqqət çəkən yazı – Foto

Hazırda oxunan: Generalların Afrin toplantısında diqqət çəkən yazı – Foto

213656
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, Quru Qoşunları komandanı Yaşar Gülər və Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyüz Kilis və Hatay bölgələrində yerləşən Afrin əməliyyatı qərargahlarında yoxlama aparıb.
Yüksək rütbəli zabitlərlə görüşən generallar əməliyyatın gedişi barədə məlumat alıb.

Generalların ziyarət etdiyi əməliyyat qərargahlarından birində heyətin lövhəyə vurduğu yazı Türkiyədə gündəm olub. Vərəqdə yazılan “Bu komanda bu oyunu udacaq” sözlərinin türk ordusunun yüksək mübarizə əzmindən xəbər verdiyi bildirilib.

Qeyd edək ki, əməliyyatda iştirak edən türk əsgərlərinin döyüş ruhunun yüksək tutulması üçün bombaların üzərinə şəhidlərin və məşhurların adlarını yazması ilə bağlı paylaşımlar Türkiyədə sosial şəbəkə istifadəçilərinin böyük rəğbətinə səbəb olub.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO