MİT-dən ölkə xaricində əməliyyat:  Balı gətirildi...

MİT-dən ölkə xaricində əməliyyat: Balı gətirildi...

Hazırda oxunan: MİT-dən ölkə xaricində əməliyyat: Balı gətirildi...

213389
Diyarbəkir, Suruç və Ankarada 142 insanın ölümünə səbəb olan terror aktlarının törədilməsi əmrini verən İŞİD üzvü İlhami Balının həyat yoldaşı Hülya Balı MİT-in (Milli İstehbarat Təşkilatı) ölkə sərhədlərindən kənarda təşkil etdiyi xüsusi əməliyyatla saxlanaraq Türkiyəyə gətirilib.

Başına 4 milyon qoyulan İŞİD-in Türkiyə əmiri İlhamı Balının axtarışları Əl Bab şəhərində aparılıb.

Məlumata görə, MİT əməkdaşları Hülya Balı saxlandıqdan sonra həmçinin bir neçə ünvanda axtarış aparıb, ancaq İlhami Balı tapılmayıb. Onun arvadı isə 2 uşağı ilə birlikdə əvvəlcə Azezə, daha sonra isə Kilisə gətirilib. Hülya Balının İŞİD və həyat yoldaşının fəaliyyəti barədə vacib detalları etiraf etdiyi bildirilib.

Təhlükəsizlik orqanları İlhami Balının sağ olduğunu və Mayadində gizləndiyini öyrənib.

Qeyd edək ki, İlhami Balı Ankarada, Suruçda canlı bomba hücumu, HDP mitinqində partlayış törədilməsi və Türkiyə-Suriya sərhədində 1 əsgərin şəhid olduğu terror aktlarının rəhbəri və əmri verən şəxs kimi tanınır.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO