Moderator.az xəbər verir ki, amerikalılar hər il fevralda Prezident gününü qeyd edirlər. Bayram Amerikanın ilk prezidenti Corc Vaşinqtonun doğum günü şərəfinə 1885-ci ilin 22 fevralında təsis olunub. İndi hər il fevralın üçüncü həftəsi bütün prezidentlərin şərəfinə bu gün qeyd olunur.
Prezident günündən əvvəlki istirahət günlərində Nyu-Yorkda böyük sayda tədbirlər keçirilir, xüsusilə uşaqlar üççün. Həmin gün MoMa və Metropoliten muzeyində olmaq maraqlıdır.xa0
Əksər mağazalar bu populyar gündə endirimli satışlar edir. Həmin gün gəzməli yerlərdə olmaq əlverişlidir.xa0
Amerikalılar keçmiş prezidentlərin heykəllərini mütləq yad edirlər. Amma, Cənubi Dakotadakı Blek-Hills dağındakı “Maun Raşmor” memorial kompleksi ilə heç nə əvəz oluna bilməz. Dağda dörd prezidentin rəsmi qayalarda cizilib. (soldan sağa) Corc Vaşinqton- ölkəni yaratdığına görə, Tomas Cefferson-gənc respublikanın böyüməsinə görə, Teodor Ruzvelt- ölkəni inkişaf etdirdiyinə görə, Avraam Linkoln- ABŞ-ın birliyini saxladığına görə.






































































































