General Süleymani İsrailin təməlini yıxmağa çağırdı

General Süleymani İsrailin təməlini yıxmağa çağırdı

Hazırda oxunan: General Süleymani İsrailin təməlini yıxmağa çağırdı

213296
İran İnqilab Keşikçiləri komandiri, general Qasım Süleymani bombalı hücumda öldürülən Hizbullah komandiri İmad Muğniyənin anma mərasimində İsrail əleyhinə fikirlər səsləndirib.

O, İsraili təhdid etməkdən çəkinməyib.

İran İnqilab Keşikçilərinin xarici əməliyyatlardan məsul Qüds Qüvvələri komandiri Qasım Süleymani Tehranda təşkil edilən mərasimdə ağır ifadələrlə İsraili hədəf alıb.

“Bu rejim keçirdiyi əməliyyatları qorxusundan həyata keçirir”, – İsrailin son zamanlar Suriyadakı əməliyyatlarından danışan komandir bildirib.

“İmad Muğniyə və onun kimi İsrail tərəfindən öldürülən insanların qanının qisası bir raket atmaq və ya bir insanın öldürülməsi deyil, bəlkə də, bu rejimin təməlini yıxmaqdır”, – Süleymani əlavə edib.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO