Pakistanlı nazir və arvadı evdə ölü tapıldı

Pakistanlı nazir və arvadı evdə ölü tapıldı

Hazırda oxunan: Pakistanlı nazir və arvadı evdə ölü tapıldı

210925
Pakistanın Sind əyalətinin planlama və inkişaf naziri Mir Xəzər Xan Bijarani və arvadı Fəriha Razaq evlərində ölü olaraq tapılıb.
Hadisə cütlüyün gün boyu evdən çıxmamasının fərq edilməsindən sonar ortaya çıxıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Onların cəsədlərinin evin yataq otağında tapıldığı və qapının kilidli olduğu bəlli olub. Cəsədlərdə mərmi izlərinə rast gəlinib. Hadisənin qətl, yoxsa intihar olduğu məlum deyil.

Nazir və arvadının cəsədləri morqa aparılıb. Bijarani və üzvü olduğu Pakistan Xalq Partiyası ölüm faktını təsdiqləyib.

Bijarani keçmiş vəkil olub. O, 2013-cü il seçkilərində partiyanın Sind Əyalət Məclisinə deputat seçilib.(Oxu.Azxa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO