1,8 milyona yaxın əfqan qaçqın vətənə qayıdıb - SON BİR İLDƏ

1,8 milyona yaxın əfqan qaçqın vətənə qayıdıb - SON BİR İLDƏ

Hazırda oxunan: 1,8 milyona yaxın əfqan qaçqın vətənə qayıdıb - SON BİR İLDƏ
206238
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son bir ildə Pakistan, İran və digər ölkələrdən ümumilikdə 1 milyon 779 min 603 əfqan qaçqın vətənə qayıdıb.

Bizim.Media xəbər verir ki, bu barədə bazar günü Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb. 

Nazirlikdən bildiriblər ki, xarici ölkələrdə 7 milyon qaçqın, Əfqanıstanda 3 milyon məcburi köçkün var.
 

Əfqan mühacirlərin və geri qayıdanların üzləşdiyi problemləri həll etmək üçün nazirlik bu müddət ərzində tərəfdaş təşkilatlar, 7 agentlik və 14 təhsil müəssisəsi ilə 93 anlaşma memorandumu imzalayıb. 


Ölkə daxilində məcburi köçkün düşmüş 788 mindən çox əfqan ailəsi və xaricdən vətənə qayıdan ailələr beynəlxalq humanitar təşkilatların köməyi ilə maliyyə vəsaiti, ərzaq və qeyri-ərzaq malları alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO