Baydenin reytinqində GÖZLƏNİLMƏZ AZALMA – Ağ Evin qapıları Trampın üzünə AÇILIR...

Baydenin reytinqində GÖZLƏNİLMƏZ AZALMA – Ağ Evin qapıları Trampın üzünə AÇILIR...

Hazırda oxunan: Baydenin reytinqində GÖZLƏNİLMƏZ AZALMA – Ağ Evin qapıları Trampın üzünə AÇILIR...

193459

ABŞ-da 5 noyabr Prezident seçkiləri yaxınlaşdıqca, bu istiqamətdə aparılan sorğular da intensivləşir. Son soğrulara əsasən ABŞ Prezidenti Cozef Baydenin amerikalılar arasında populyarlığı 36 faizə düşüb. Bu isə son iki ilin ən aşağı göstəricisidir.

Bu barədə “Reuters” və “Ipsos”un birgə keçirdiyi sorğunun nəticələrindən məlum olub.

Bildirilib ki, Amerika liderinin reytinqi sonuncu dəfə 2022-ci ilin iyulunda belə aşağı səviyyədə olub. Bu ilin aprelində respondentlərin 38 faizi Baydenin işini müsbət qiymətləndirib.

Qeyd olunub ki, sorğu iştirakçılarının 23 faizi ABŞ-də iqtisadiyyatın vəziyyətini ən ciddi problem hesab edib, 21 faizi əsasən siyasi ekstremizm problemi, 13 faizi isə qanunsuz miqrasiya problemindən narahat olub.

Baydenin nüfuzunun xeyli aşağı düşməsi fonunda noyabr seçkilərindən sonra Ağ Evin sahibi dəyişə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Abutalıb Səmədovun fikrincə, Donald Trampın yenidən Ağ Evə qayıdışı kifayət qədər realdır:

“ABŞ seçiciləri arasında Baydenin nüfuzu sürətlə düşür. Bu da öz növbəsində Demokratlar Partiyasını narahat edir. Onlar bir tərəfdən yaxşı başa düşür ki, Baydenin seçkidə qalib gəlmə ehtimalı demək olar sıfıra yaxındır. Yalnız möcüzə onun qələbəsini təmin edə bilər. Digər tərəfdən ilkin seçkilərdə Bayden rəqiblərindən üstün olduğunu göstərə və Demokratlar Partiyasından özünün namizəd irəli sürülməsini təmin edə bilib. Belə vəziyyətdə demokratlar məhz Baydenin namizədliyini irəli sürmək məcburiyyətindədir. 

Amma o biri tərəfdən də yaxşı başa düşürlər ki, bu halda Tramp yüksək ehtimalla qalib gələcək. Ona görə demokratlar son mərhələdə Baydeni digər namizədlə əvəz etmək yolları barədə də düşünürlər. Ancaq başqa namizədin Trampa layiqli rəqib olacağı ehtimalı sıfıra bərabərdir. Belədə böyük ehtimalla Baydenin namizədliyi veriləcək, lakin buna rəğmən o məğlub olacaq. 

Trampın yenidən Ağ Evə qayıdışı kifayət qədər realdır.

Rəy sorğuları da bunu göstərir. Ukrayna müharibəsindən məyus olan Amerika seçiciləri artıq müharibədən yorulub. Ukraynaya yardım edilməsinə etiraz edənlərin sayı artır. Bu da təbii ki, Baydenin reytinqinə ciddi şəkildə təsir göstərir”. 

Ekspert düşünür ki, Baydenin məğlubiyyəti və Trampın qələbəsi dünyada ciddi dəyişikliklərə gətirib çıxaracaq.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO