Vladimir Putin: Qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcəyik

Vladimir Putin: Qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcəyik

Hazırda oxunan: Vladimir Putin: Qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcəyik

191218

Rusiya qlobal münaqişənin baş verməməsi üçün hər şeyi edəcək, lakin eyni zamanda, heç kimin bizi hədələməsinə imkan verməyəcək.

Bizim.Media-nın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada 9 may Qələbə gününə həsr edilən paradda çıxış edərkən deyib.

O qeyd edib ki, Rusiyanın strateji qüvvələri hər zaman döyüş hazırlığındadır.

“Rusiya heç vaxt ikinci cəbhənin və müttəfiq yardımının əhəmiyyətini azaltmayıb. Biz anti-Hitler koalisiyasının bütün döyüşçülərinin, Müqavimət iştirakçılarının, Vətən xainlərini, casusları üzə çıxaranların, partizanların şücaətinə, militarist Yaponiyanın təcavüzünə qarşı öz müstəqilliyi uğrunda mübarizə aparan Çin xalqının şücaətinə hörmətlə yanaşırıq. Ümumi mübarizəmizi və ilhamverici müttəfiqlik ənənələrimizi həmişə xatırlayacağıq, heç vaxt unutmayacağıq”, - V.Putin deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO