ABŞ Kiyevə ən böyük hərbi yardım paketi AYIRIB 

ABŞ Kiyevə ən böyük hərbi yardım paketi AYIRIB 

Hazırda oxunan: ABŞ Kiyevə ən böyük hərbi yardım paketi AYIRIB 

189208

ABŞ Ukraynaya 6 milyard dollar yardım ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin məlumat verib.

“Mən Ukraynaya yardım təşəbbüsü çərçivəsində 6 milyard dollar ayrıldığını elan etməkdən məmnunluq duyuram. Bu, ABŞ-də istehsal olunan silahların alınmasında Kiyevə kömək edəcək”, - deyə Ostin qeyd edib.

O bildirib ki, bu, indiyədək Ukraynaya ayrılan ən böyük hərbi yardım paketidir. Müvafiq müvafiq məbləğə Ukraynaya NASAMS və Patriot sistemləri, dronlar və digər avadanlıqlar tədarük ediləcək.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Birləşmiş Ştatların Ukraynaya ötürmək üçün pulsuz Patriot hava hücumundan müdafiə sistemləri (PUA) yoxdur və artıq Kiyevə pulsuz silah tədarük edilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO