Bolqarıstanın cənubunda HƏMAS-ın silah anbarı TAPILIB

Bolqarıstanın cənubunda HƏMAS-ın silah anbarı TAPILIB

Hazırda oxunan: Bolqarıstanın cənubunda HƏMAS-ın silah anbarı TAPILIB

185736

Bolqarıstan polisi Almaniya və Hollandiyada 2023-cü il dekabrın 14-də saxlanılmış HƏMAS-ın adından fəaliyyət göstərən şəxslərlə əlaqəli yeni silah anbarı aşkarlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

Nəşr yazır ki, həmin şəxslərin saxlanmasına səbəb onların Avropadakı yəhudi hədəflərinə hücum planlaşdırması olub.

Qeyd olunur ki, polis saxlanılanlardan birinin telefonunda onları Bolqarıstanın cənubunda şam ağacının altında basdırılmış silah anbarına aparan sursat fotosu tapıb. 

Bolqarıstan polisi bu məlumatı rəsmi şəkildə şərh etməyib. 

Qeyd edək ki, 14 dekabr 2023-cü ildə Danimarka, Almaniya və Hollandiyada HƏMAS-ın adından hərəkət edən 7 terrorçu saxlanılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO