Kadırov məmurlara səsləndi: "Vətəndaşların mağazalardakı borclarını ödəyin"

Hazırda oxunan: Kadırov məmurlara səsləndi: "Vətəndaşların mağazalardakı borclarını ödəyin"

185575

Çeçenistan lideri Ramzan Kadırov məmurları çeçen sakinlərinin mağazalardakı borclarını ödəməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

“Mənə Xadizatdan (Ramzan Kadırovun qızı Xadizat Kadırova - Çeçenistan administrasiyası rəhbərinin sosial blokla qarşılıqlı əlaqə üzrə birinci müavini) sms gəldi ki, bir çox insanlar maddi imkanları olmadığından kreditlə mal almağa məcburdurlar, onları bağlamaqda köməklik etmək yaxşı olardı.  Yaxşı olar ki, hamı ərazi sahəsini öz üzərinə götürüb, borclarını ödəsin”, deyə o, qeyd edib.

Xatırladaq ki, Çeçenistanda “dəftər nisyəsi” adı altında mal almaq adi bir adətdir.  İnsanlar bir-birlərini tanıdıqları və inam səviyyəsi yüksək olanda kiçik məhəllə mağazalarından borc götürməyə meyllidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO