Meqan Markl anası və şahzadə Harri ilə birlikdə ÜZƏ ÇIXDI - FOTO

Hazırda oxunan: Meqan Markl anası və şahzadə Harri ilə birlikdə ÜZƏ ÇIXDI - FOTO

185563

Britaniyalı şahzadə Harrinin 41 yaşlı həyat yoldaşı Meqan Markl uzun müddətdən sonra ictimaiyyətdə peyda olub. 

Bizim.Media xəbər verir ki, Meqan və Şahzadə Harri Kinsey “African American Art and History Collection”u ziyarət ediblər.  

Tədbir hələ mart ayında baş verib, lakin fotolar yalnız indi ictimaiyyətə təqdim olunub. 

Qonaqlar arasında Meqanın anası Doria Raqland da olub. O, pop ulduz Beyonsenin anası Tina Noulzla birgə şəkillər çəkdirib.  

Qeyd edək ki, Beyons və Meqan Marklın ailələri bir neçə ildir ki, dostdurlar. Bu dostluq münasibəti isə Beyonse və Jay-Z-nin Meqanın “kraliça” kimi portreti qarşısında yumoristik video çəkərək ona dəstək olduqlarını bildirmələri ilə başlayıb. Bundan sonra məşhurlar daha da yaxınlaşdılar onlar birlikdə ictimai tədbirlərə qatılıblar, qeyri-rəsmi şəraitdə ünsiyyət qurublar və açıq şəkildə bir-birlərinə dəstək olublar. 


 
Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO