SON DƏQİQƏ: Malatyada zəlzələ oldu

SON DƏQİQƏ: Malatyada zəlzələ oldu

Hazırda oxunan: SON DƏQİQƏ: Malatyada zəlzələ oldu

180928

Türkiyənin Malatya şəhərinin Doğanşehir rayonunda 4,4 maqnitudalı zəlzələ olub.

Bizim.Media  xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.

Yeraltı təkanların episentri 7,31 km dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 17:43-də (Bakı vaxtı ilə 18:43-də) qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Xatırladaq ki, ötən il fevralın 6-da ocağı Kahramanmaraş şəhəri olan şiddətli zəlzələlər nəticəsində ağır zərər çəkmiş bölgələr arasında Malatya da olub. Son məlumata görə, təbii fəlakət nəticəsində Malatyada 1 393 nəfər ölüb, 10 minə yaxın insan yaralanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO