Bayraktar AKINCI C ilk sınaq uçuşunu GERÇƏKLƏŞDİRİB - FOTO/VİDEO 

Bayraktar AKINCI C ilk sınaq uçuşunu GERÇƏKLƏŞDİRİB - FOTO/VİDEO 

Hazırda oxunan: Bayraktar AKINCI C ilk sınaq uçuşunu GERÇƏKLƏŞDİRİB - FOTO/VİDEO 
179714
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən AKINCI layihəsi çərçivəsində Baykar tərəfindən milli və yerli olaraq inkişaf etdirilən Pilotsuz Uçuş Aparatı (PUA) Bayraktar AKINCI C ilk uçuş sınağını müvəffəqiyyətlə tamamlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə PUA-nın istehsal edildiyi  Baykar şirkəti məlumat yayıb.

Beləliklə, Bayraktar AKINCI TİHA-nın 2X850 mühərrik gücünə malik üçüncü versiyası səmaya qalxıb. 

Bayraktar AKINCI C 2X850 mühərrikləri içərisində cəmi 1700 güclə öz sinfinin ən təsirli və bacarıqlı döyüş sursatlarından olacaq.

Bu gün həyata keçirilən sınaq fəaliyyətində Bayraktar AKINCI C 1 saatdan çox havada qalıb. Uçuş zamanı aerodinamik parametr addımları uğurla sınaqdan keçirilib.

Qeyd edək ki, ilk uçuşunu 6 dekabr 2019-cu ildə həyata keçirən Bayraktar AKINCI TİHA, 29 avqust 2021-ci ildə inventarlaşdırılıb.

Son zamanlar 2X450 HP Bayraktar AKINCI A və 2X750 HP Bayraktar AKINCI B başda Azərbaycan olmaqla, Türkiyənin müttəfiq ölkələri, eləcə də Türkiyə təhlükəsizlik qüvvələrinin inventarına qoşulmağa başlayıb.
Prezident İlham Əliyev və Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar 2024-cü il fevralın 9-da Azərbaycan inventarına daxil olan Bayraktar AKINCI TİHA-nın ilk uçuşunu izləyiblər.



Bayraktar AKINCI C ilk sınaq uçuşunu GERÇƏKLƏŞDİRİB - FOTO/VİDEO  - foto 1
Bayraktar AKINCI C ilk sınaq uçuşunu GERÇƏKLƏŞDİRİB - FOTO/VİDEO  - foto 2
Bayraktar AKINCI C ilk sınaq uçuşunu GERÇƏKLƏŞDİRİB - FOTO/VİDEO  - foto 3
Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO