Simonyan Zaxarovanı “departamentin hansısa katibəsi” ADLANDIRDI 

Simonyan Zaxarovanı “departamentin hansısa katibəsi” ADLANDIRDI 

Hazırda oxunan: Simonyan Zaxarovanı “departamentin hansısa katibəsi” ADLANDIRDI 
153990
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan parlamentinin spikeri Alen Simonyan son günlər Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərgin vəziyyət barədə “news.am”a müsahibə verib. 

Bizim.Media xəbər verir ki, o ölkələr arasında yaranmış vəziyyətin gərginlik olmadığını qeyd edib: 

“Mən buna gərginlik deməzdim, sualların olduğu, dəqiq cavabların olmadığı bir vəziyyət adlandırardım”. 

Simonyan Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın ötən gün onun açıqlamarını  “kobudluğa bənzəyən bir şey” adlandırmasına da cavab verib. 

“Mən hansısa departamentin hansısa katibəsinə cavab vermək fikrində deyiləm. Bu, mənim səviyyəmə uyğun deyil. Bunun üçün Xarici İşlər Nazirliyi var, onlar da cavab versinlər”, - deyə Simonyan qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO