Soçi görüşündən sonra Ərdoğanın Zelenski ilə danışıqlar aparacağı gözlənilir

Soçi görüşündən sonra Ərdoğanın Zelenski ilə danışıqlar aparacağı gözlənilir

Hazırda oxunan: Soçi görüşündən sonra Ərdoğanın Zelenski ilə danışıqlar aparacağı gözlənilir

153655

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə baş tutan görüşündən sonra Ukrayna rəhbəri Volodimir Zelenski ilə də görüşü ehtimal edilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib. 

“Əminəm ki, Ərdoğanın Putinlə danışıqlarının nəticəsi olaraq, Türkiyə lideri ilə Zelenski arasında əlaqə yaranacaq”, - deyə Ukrayna XİN rəhbəri bildirib. 

O, həmçinin Ukrayna və Türkiyə liderləri arasında münasibətlərdə etimadın olduğunu da vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO