Azərbaycanda işləyən şirkət Dubayda 1.5 milyardlıq layihəni qazandı

Azərbaycanda işləyən şirkət Dubayda 1.5 milyardlıq layihəni qazandı

Hazırda oxunan: Azərbaycanda işləyən şirkət Dubayda 1.5 milyardlıq layihəni qazandı
150628
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti Dubayda yaradılan bərpa olunan enerji parkının 6-cı fazasını icra edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Dubay enerji-su təchizatı şirkəti - DEWA məlumat yayıb.

Qeyd olunur ki, "Masdar" 1,5 milyard dollara yaxın vəsaitlə 1.8 MVt gücündə günəş elektrik stansiyasını tikəcək. Stansiyanın 2024-cü ilin sonlarından istisimara verilməsinə başlanılacaq.

İndiyədək enerji parkının 5 fazası çərçivəsində 2.427 MVt bərpa olunan enerji istehsalı gücləri istifadəyə verilib. Parkın yaradılmasına 2010-cu ildən başlanıb.

Hazırda Dubayın enerji təminatının 16.3 faizi təmiz enerji mənbələri hesabına həyata keçirilir. 2024-cü ildə bu göstərici 24 faizə çatacaq.

2030-cu ilədək Dubay təmiz enerji parkında 5 min MVt güc formalaşdırılacaq. Bu layihəyə yatırılan investisiyaların həcmi isə 13,6 milyard dollara çatacaq.

Qeyd edək ki, Masdar Azərbaycanda 240 MVt gücündə günəş elektrik stansiyası qurur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO