Peyvəndin yaradıcısı - Ən qorxulusu koronavirus deyil, gələcəyə hazır olmalıyıq

Peyvəndin yaradıcısı - Ən qorxulusu koronavirus deyil, gələcəyə hazır olmalıyıq

Hazırda oxunan: Peyvəndin yaradıcısı - Ən qorxulusu koronavirus deyil, gələcəyə hazır olmalıyıq
14661
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Koronavirusa qarşı "Pfizer-BioNTech" vaksinini istehal edən "BioNTech" şirkətinin qurucusu Uğur Şahin koronavirusla bağlı maraqlı açıqlamalar verib.

Bizim.Media xəbər verir ki , “Bloomberg"ə danışan alim  bildirib ki, COVID-19 dünyanın üzləşdiyi ən qorxulu virus deyil , gələcəkdə daha ağır nəticələrə və ölümlərə səbəb olacaq viruslar yayılacaq, hazır olmalıyıq.

Uğur Şahinin sözlərinə görə, Dərman istehsalçıları və dünya ölkələrinin birinci hədəfi peyvənddən sonra 3 ay ərzində əhalidə immunitetin yaradılmasına nail olmaqdır:

“Dünyadakı peyvənd istehsalı və kampaniyaların hazırkı vəziyyətinə nəzər yetirdikdə, bu sadəcə xəyal olaraq görünür. Vəziyyətdən çıxış yolu dövlətlər və özəl şirkətlər arasında işbirliyinin əldə olunmasındadır.

Nəticə əldə etmək üçün sığorta sistemindəki problemlər aradan qaldırılmalıdır. Hazırda dünyanın bütün əhalisi üçün vaksin istehsal etməyə hazır deyilik.

Bu nəticə dəyişməlidir. Peyvəndi tez zamanda tapmaqla yanaşı, yetəri qədər istehsal etmək də vacibdir. Hazırda Avropanın 7, ABŞ əhalisinin 19 faizi birinci doza peyvənd vurdurub. Fikrimcə, peyvənd istehsalçıları gələn il bütün dünyaya yetəcək qədər vaksin istehsal edə biləcəklər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO