İstanbulda Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi imzalana bilər - KİV 

İstanbulda Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi imzalana bilər - KİV 

Hazırda oxunan: İstanbulda Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi imzalana bilər - KİV 

145475

Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndələri arasında sülh danışıqları gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə “Yenin Şafak” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb. 

Nəşr yazır ki, bütün dünyanın diqqətini çəkən Ukrayna prezidenti Vladimir Zelenskinin İstanbula səfəri Ankaranın mümkün sülhdə vasitəçi rolunu gündəmə gətirib. 

Hərbi mənbə bildirib ki, həm Rusiya, həm də Ukrayna ilə aktiv dialoq aparan yeganə ölkə olduğu üçün Türkiyədə hər cür müsbət proseslərin irəliləyəcəyi mümkündür: 

“Əgər sonda razılıq olarsa, bu razılaşma Türkiyədə olacaq. İstanbuldan başqa heç bir yerdə olma ehtimalı yoxdur. Bu şərtlərlə Rusiyanın başqa yerdə müqavilə bağlaması imkanı yoxdur. Türkiyənin hər iki tərəflə danışa bilən yeganə ölkə olması bu ehtimalı gücləndirir”. 
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 8-də Türkiyəyə səfər edib. Avqust ayında isə Rusiya lideri V.Putinin həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO