Ukraynada yaşayan soydaşımız qəhrəman İrpen şəhərinin bərpasındakı xidmətinə görə təltif EDİLDİ

Hazırda oxunan: Ukraynada yaşayan soydaşımız qəhrəman İrpen şəhərinin bərpasındakı xidmətinə görə təltif EDİLDİ

145190

Ukraynada yaşayan soydaşımız qəhrəman İrpen şəhərinin bərpasında göstərdiyi xidmətə görə təltif edilib.

Bizim.Media xəbər verir ki, İrpendə akademik Zərifə Əliyeva adına 12 saylı humanitar liseyin direktor müavini olan Xəyyam Həqiqətoğlu İrpen şəhər meri Oleksandr Markuşin tərəfindən təltif edilib.

Təltif olunma mərasimində O.Markuşin bildirib ki, Azərbaycan dövləti İrpen şəhərinin bərpa və yenidənqurma işlərinə böyük töhfə verir.

Bundan başqa Ukraynada yaşayan azərbaycanlılar da bu işdə aktivdirlər. Müharibə dönəmində daima humanitar yardımlarını göstərirlər. Göstərdikləri diqqətə görə, merə təşəkkürünü bildirən X.Həqiqətoğlu bildirib ki, bu mükafat tək ona deyil, soydaşlarımızın işinə verilən yüksək qiymətdir.

Sonda soydaşımız İrpendən Baxmut ətafına yola salınan humanitar yardım aksiyasına generator hədiyyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO