Ərdoğan Zelenskidən sonra Putinlə görüşə bilər

Hazırda oxunan: Ərdoğan Zelenskidən sonra Putinlə görüşə bilər

145048

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşəndən sonra Rusiya lideri Vladimir Putinlə də bir araya gələ bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə “A Haber” kanalı məlumat yayıb. 

“Çox güman ki, Zelenski ilə danışıqlardan sonra prezident Ərdoğan Rusiya lideri Vladimir Putinlə üz-üzə görüşəcək. Bu görüş həm Türkiyədə, həm də Rusiyada baş tuta bilər. Lakin onun ehtimalı yüksəkdir”, - deyə kanal bildirib. 
Qeyd edək ki, bu gün İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında görüş olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO