Hava məkanını qapadan Aİ-dən JEST – Rusiya təyyarəsi ilk dəfə Buxarestə eniş ETDİ

Hava məkanını qapadan Aİ-dən JEST – Rusiya təyyarəsi ilk dəfə Buxarestə eniş ETDİ

Hazırda oxunan: Hava məkanını qapadan Aİ-dən JEST – Rusiya təyyarəsi ilk dəfə Buxarestə eniş ETDİ

144055

Bu gün Rusiya sərnişin təyyarəsi ilk dəfə Rumıniyanın paytaxtı Buxarestin Henri Coanda hava limanına eniş edib. 

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu səbəbi ilə Avropa İttifaqı hava məkanını Rusiyaya qapatmışdı.  

Bizim.Media xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, Rusiyanın Buxarestdəki səfirliyinin 40 əməkdaşının Rusiya hava yolu şirkətinə məxsus mülki təyyarə ilə ailələri ilə birlikdə Rumıniyanı tərk edəcəyi bildirilib.

Açıqlamada Milli Müdafiə Nazirliyinin icazəsinin alındığı da bildirilib. Qeyd edək ki, Rumıniya Xarici İşlər Nazirliyi iyunun 8-də Rusiyadan Buxarestdəki səfirliyində işçilərin sayını azaltmağı xahiş edib və qərara əməl edilmədiyi təqdirdə bəzi əməkdaşların akkreditasiyasının ləğv ediləcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO