Metyu Brayza: “ABŞ-dakı növbəti görüşdə müsbət impuls güclənəcək” - ÖZƏL

Hazırda oxunan: Metyu Brayza: “ABŞ-dakı növbəti görüşdə müsbət impuls güclənəcək” - ÖZƏL

143692

“Düşünürəm ki, may ayında ABŞ-ın dövlət katibi Entoni Blinkenin və bir neçə dəfə Avropa Şurasının sədri Şarl Mişelin sədrliyi ilə keçirilən danışıqlar raundları sülh danışıqlarında yeni və müsbət impulsla nəticələndi və ümid edirəm ki, Blinkenin vasitəçiliyi ilə bu ikinci raundda müsbət impuls güclənəcək”.

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Atlantik Şurasının eksperti Metyu Brayza deyib. 

Danışıqlar zamanı şərti sərhəddə atəşkəsin pozulmasına da diqqət çəkən keçmiş səfir, bunun xarici qüvvələrlə əlaqəsi olmadığını deyib.

“Atəşkəs rejiminin pozulmasına görə heç bir xarici qüvvələrin məsuliyyət daşıdığına inanmıram. Əksinə, bunu Ermənistanın ultra-millətçi və sülh istəməyən vətəndaşları həyata keçirə bilər. Amma mən inanıram ki, milli liderlər kimi həm prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan səmimi şəkildə sülh sazişinin əldə olunmasına ümid edir və öz daxili siyasi sistemlərinin məhdudiyyətlərinə qarşı lazımi kompromisləri əldə etməyə və təklif etməyə çalışırlar. Döyüş meydanında tərəflərdən biri tamamilə məğlub olmadıqca, sülh sazişləri ilə danışıqlar aparmaq həmişə çətindir. Bu da tez-tez məğlub olan ölkənin qeyd-şərtsiz təslim olması ilə nəticələnir. Sülh sazişinin nəticədə uğursuzluğa düçar olması və nə vaxtsa silahlı münaqişənin yenidən başlaması üçün zəmin yaradır”, - deyə M.Brayza əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO