Avropa İttifaqında inflyasiyanın səviyyəsi 6,7 faiz olacaq

Avropa İttifaqında inflyasiyanın səviyyəsi 6,7 faiz olacaq

Hazırda oxunan: Avropa İttifaqında inflyasiyanın səviyyəsi 6,7 faiz olacaq

136171

Avropa Komissiyası bildirib ki, Avropa İttifaqında 2023-cü ildə enerjidaşıyıcılarının qiymətlərinin aşağı olacağı səbəbindən 1 faiz iqtisadi artım gözlənilir, lakin inflyasiya yüksək olaraq qalacaq. 

Bizim.Media xarici KİV-lərə istinadla xəbər verir ki, Avropa Komissiyasının son iqtisadi proqnozuna əsasən, Aİ-nin ümumi daxili məhsulunun həcmi bu il 1 faiz, 2024-cü ildə isə 1,7 faiz artacaq. Hesabatda qeyd olunur ki, "enerji qiymətlərinin aşağı düşməsi artım proqnozunu artırıb” və ÜDM-nin həcminin qış aylarında dərc olunan proqnoz ilə müqayisədə 0,8 faizdən 1 faizə çatacağı gözlənilir. 

Aİ-nin icra orqanı öz bəyanatında bildirib ki, istehlakçılar da enerji ödənişlərinin azaldığını görürlər və bu, iqtisadiyyata müsbət təsir etməklə yanaşı, firmaların istehsal xərclərini azaldır.

Bununla belə, Avropa Komissiyası vurğulayır ki, 2023-cü ildə inflyasiyanın səviyyəsi yüksək olaraq qalacaq və onun illik həcmi 6,7 faizə çatacaq. Bu rəqəm cari ilin yanvarında dərc olunan 6,4 faizlik proqnozdan artıqdır. 

Martda enerji və ərzaq məhsulları istisna olmaqla, baza inflyasiyasında artım xidmətlərin qiymətində daha çox - 7.6 olub. 

Avropa Komissiyası bildirib ki, əməkhaqqının artımı inflyasiyadan geri qalır və bu səbəbdən əhalinin enerji istehlakı aşağı səviyyədə olacaq, həmçinin maliyyələşdirmə şərtləri daha da sərtləşəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO