Zelenski ermənipərəst Peqova qarşı sanksiya tətbiq etdi - SİYAHI

Hazırda oxunan: Zelenski ermənipərəst Peqova qarşı sanksiya tətbiq etdi - SİYAHI

114890

Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 198 nəfərə qarşı sanksiya qərarının icrası ilə bağlı fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.

Mənbə yazır ki, siyahıya rejissor Andrey Konçalovski, teleaparıcı Ancelina Vovk, bir sıra rusiyalı hərbi müxbirlər və jurnalistlər, o cümlədən ermənipərəst Semyon Peqov və Yuri Kotenok, teleaparıcılar Dmitri Quberniyev, Ruslan Ostaşko, Yevgeni Rojkov, Boris Korçevnikov və Yekaterina Berezovskaya, bloger Dmitri Puçkov, aktyorlar Yeqor Beroyev və Evelina Bledans, müğənni Yuri Loza daxil edilib.
Yeni siyahıya əsasən Rusiya vətəndaşları, eləcə də ukraynalılar - jurnalist və teleaparıcı Diana Pançenko, politoloq Vasil Vakarov, yazıçı Vladimir Serqiyenko, həmçinin belaruslu jurnalist Qriqori Azarenok və Belarusun STV telekanalının baş direktoru Aleksandr Osenko daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO