Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anadolu Agentliyi tərəfindən təşkil edilən “İlin fotoqrafları”x9d səsverməsinə qatılıb.
Axar.az xəbər verir ki, “Xəbər”x9d, “Həyat”x9d və “İdman”x9d kateqoriyalarında səsverməyə təqdim edilən kadrları izləyən Ərdoğan “Xəbər”x9d kateqoriyasında Özgə Əlif Qızılın “Yunanıstanda sığınacaq axtaran şəxslər”x9d başlıqlı fotoşəkilinə səs verib.
O, “Həyat”x9d kateqoriyasında İsa Tərli tərəfindən çəkilən “Üçüncü körpüdə sona doğru”x9d, “İdman”x9d kateqoriyasında isə Orxan Akkanatın “Arda Turanın göz yaşları”x9d fotoşəkilini seçib.

































































































