Rusiyalı ekspertlər: “Bizim üçün növbəti problem Qazaxıstan ola bilər” – VİDEO

Rusiyalı ekspertlər: “Bizim üçün növbəti problem Qazaxıstan ola bilər” – VİDEO

Hazırda oxunan: Rusiyalı ekspertlər: “Bizim üçün növbəti problem Qazaxıstan ola bilər” – VİDEO

105805

Rusiyalı ekspertlər “Rossiya 1” dövlət telekanalının canlı efirində Ukraynadan sonra növbəti problem kimi Qazaxıstanın adını çəkiblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “kaztag.kz” saytında yer alıb.

“Qulaq asın, növbəti problem Qazaxıstandır. Çünki indi Ukraynada olan nasist prosesləri orada da başlaya bilər. Bu ölkədə çoxlu ruslar var, ərazisi böyükdür, Semipalatinsk də ordadır. Yeri gəlmişkən, bizim bütün “Rosatom”un nüvə yanacağı da Qazaxıstandadır”, - ekspertlərdən biri bildirib.

Bu bəyanat “Vladimir Solovyovla axşam” siyasi tok-şousunun efirində verilib.

Solovyov qonağı ilə razılaşıb və Qazaxıstanla Rusiya arasında ən böyük quru sərhədinin olduğunu deyib.

Qeyd edək ki, Qazaxıstan və Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində iqtisadi müttəfiqdir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) birgə fəaliyyət göstərirlər. İki dövlətin başçıları mütəmadi olaraq sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən danışırlar.
Lakin bütün bəyanatların əksinə olaraq, Rusiya təbliğatçıları və siyasətçiləri tərəfindən Qazaxıstana qarşı aqressiv hücumlar həyata keçirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO