Rusiyalı deputat: İŞİD Qafqaza da çata bilər

Rusiyalı deputat: İŞİD Qafqaza da çata bilər

Hazırda oxunan: Rusiyalı deputat: İŞİD Qafqaza da çata bilər

103197
“Bu, çox təhlükəlidir”x9d.

“İslam dövləti”x9d (İŞİD) terror qruplaşmasının yaraqlıları Şimali Qafqaza gəlib çata bilərlər.

Oxu.Az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza”x9dnın müxbiri ilə söhbət zamanı Rusiya Parlamentinin heyətinin tərkibində humanitar missiya ilə getdiyi Suriyadan qayıdan Rusiya Federasiyası Dövlət Dumasının deputatı, xristian dəyərlərinin müdafiəsi üzrə Fraksiyalar arası qrupun üzvü Aleksandr Yuşenko bildirib.

“Suriya Yaxın Şərqdə son sivil dövlətdir. Orada sülh və dostluq içində xristianlar və müsəlmanlar yaşayır. Ölkədə Omeyad məscidi kimi müsəlmanlar üçün müqəddəs olan məkanlarla yanaşı, xristianların da məbədləri var.

Rusiyanın da çoxmillətli və müxtəlif dinlərin etiqad edildiyi bir ölkə olduğunu unutmaq olmaz.

Bu gün insanları İŞİD-in sıralarına cəlb edən şəxslər bütün dünyada əsl islamı deyil, islamofobiyanı təbliğ edirlər. Bu barədə müsəlmanların ruhani rəhbəri, Suriyanın muftisi Əhməd Batruddin demişdi. Hal-hazırda İŞİD-in sıralarında MDB-dən, o cümlədən də Rusiyadan olan minlərlə yaraqlı döyüşür. 

Əgər biz suriyalılara yaraqlılarla mübarizədə yardım etməsək zamanla İŞİD bütün Suriyanı külə döndərəcək və Dəməşqə çatacaq, sonra isə Şimali Qafqaza, Avropa və İrana da gəlib çıxacaq”x9d, - deputat qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO