Misir Antik Eksponatlar naziri Məmduh Damatti Fransız tədqiqatçılarla razılığa gəldiklərini və məşhur Misir piramidalarının sirrini robotların köməyi ilə açacaqlarını bildirib.
Axar.az xəbər verir ki, Damatti “Piramidalar necə inşa edilib? İçərisində nə gizləyirlər? Hələ də gizli otaqları varmı?”x9d kimi suallara cavab axtaracaqlarını bildirib. Noyabrın sonunda başlaması planlaşdırılan tədqiqatlara fransız və yapon tədqiqatçıları da qatılacaq.
Damatti 2016-cı ilin sonuna qədər davam etməsi gözlənilən tədqiqatların ən çox Xeops piramidasında aparılacağını açıqlayıb.
Xatırladaq ki, dünyanın 7 möcüzəsindən birincisi olan Misir piramidaları hər biri 20 ton ağırlığında qaya parçalarından tikilib. Onların necə daşınması haqda ağlabatmaz fərziyyələr irəli sürülüb. Ehram kimin şərəfinə tikilibsə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə ”“ fironun doğum və taxtaçıxma günlərində düşür. Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir.



































































































