Narkotik vasitə ilə saxlanıldı, oğurluq əməlinin də ÜSTÜ AÇILDI - Masallıda

Narkotik vasitə ilə saxlanıldı, oğurluq əməlinin də ÜSTÜ AÇILDI - Masallıda

Hazırda oxunan: Narkotik vasitə ilə saxlanıldı, oğurluq əməlinin də ÜSTÜ AÇILDI - Masallıda
99414
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Narkotik vasitə ilə saxlanılan Masallı sakininin oğurluq əməllərinin də üstü açılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini Rövşən Atakişiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun iki oğurluq əməlinin də üstü açılıb.

Belə ki, R.Atakişiyevin Masallı şəhəri ərazisindəki çay evlərindən birindən 1000 manat dəyərində 2 ədəd samovar, Musaküçə kəndindən isə bir ədəd dana oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.

Bizim.Media

Narkotik vasitə ilə saxlanıldı, oğurluq əməlinin də ÜSTÜ AÇILDI - Masallıda - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO