Bakıda məşhur apteklər şəbəkəsi cərimələnə bilər

Bakıda məşhur apteklər şəbəkəsi cərimələnə bilər

Hazırda oxunan: Bakıda məşhur apteklər şəbəkəsi cərimələnə bilər

98823

Bakıda məşhur apteklər şəbəkəsinin daxil olduğu “Zeytun Pharmaceuticals” MMC barəsində inzibati protokol tərtib edilib.

Bizim.Media xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin vaxtı hələki müəyyən edilməyib.

Protokol məhkəmə tərəfindən təsdiq edilərsə, şirkət 25 min manatadək məbləğdə cərimə ediləcək.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO