Şəkidən Bakıya şikayət...

Şəkidən Bakıya şikayət...

Hazırda oxunan: Şəkidən Bakıya şikayət...

95730
Şəki rayonunun Cəfərabad kənd sakini Vəliyeva Sədaqət yaxınları tərəfindən Moderator.az - a müraciət edərək üzləşdiyi problemlə bağlı kömək istəyib.xa0

S. Vəliyeva iddia edir ki, tək yaşayır və kimsəsiz olduğundan ona məxsus pay torpağından ümumiyyətlə istifadə etmir. Nəinki istifadə etmir, hətta həmin torpaq sahəsinin yolunun belə haradan keçdiyini bilmir.xa0

Xanım şikayətçi deyir ki, pay torpağı əslində heç əkin - biçinə yararlı da deyil. Di gəl ki, kənd icra nümayəndəliyi və bələdiyyəsi, necə deyərlər, Sədaqət xanımın gününü göy əskiyə bükərək ona dinclik vermirlər. Səbəbsə budur ki, guya ona məxsus pay torpaq sahəsinə görə hansısa ödəniş tələb edirlər, hər ay təqaüd alanda qapısını kəsdirirlər ki, pulu verməlisən...

Redaksiyadan: Biz Sədaqət xanımın iddialarının nə dərəcədə həqiqət olduğunu bilmirik. Amma ümid edirik ki, Şəkinin icra hakimiyyətində nəyin necə olduğunu yaxşı bilirlər və bu təqaüdçü xanımı incidənlərin kimliyi və buna görə hansı məsuliyyət daşıdıqlarına aydınlıq gətirəcəklər...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO